Doğuşa nəzarət həbləri qəbul edərkən qan laxtalanma riski var
Doğuşa nəzarət həbləri qəbul edərkən qan laxtalanma riski var

Həkimə müraciət etmədən Birləşdirilmiş Oral Kontraseptivləri (BOK) qəbulu ciddi problemlər, o cümlədən qan laxtalanma riski yaradır.

E-saglam.az xəbər verir ki, bu sözləri ginekoloq Leontina Stoyanoviç deyib.

O bildirib ki, belə dərmanları dostlarınızın və tanışlarınızın tövsiyəsi ilə özbaşına təyin etməməlisiniz.

Belə dərmanlar müalicəvi xarakter daşıyır və hər bir dərman kimi, yalnız həkim tərəfindən müəyyən edilə bilən bir sıra əks göstərişlərə malikdir. 

Leontina Stojanoviç xəbərdarlıq edib ki, bu dərmanların yan təsirləri və ağırlaşmaları var, bəziləri ciddidir - məsələn, tromboz, tromboemboliya və digər koaqulopatik ağırlaşmalar ola bilər: "Ginekoloq hərtərəfli müayinədən sonra, pelvik orqanların ultrasəs müayinəsi və zəruri hallarda biokimyəvi qan testi də daxil olmaqla dəqiq tövsiyələr verəcəkdir".

Ginekologiyada BOK xəstənin tibbi tarixi və müşayiət olunan şikayətləri, o cümlədən menstruasiya və dəri problemlərinin xüsusiyyətləri nəzərə alaraq təyin edilir.

Kontraseptivlərin bəzi növləri buna təsir göstərə bilər və müalicənin başlanğıcında arzuolunmaz reaksiyalar baş verə bilər və yalnız bir mütəxəssis baxış zamanı onların təhlükə dərəcəsini qiymətləndirə bilər. 

Leontina Stojanoviç izah edib ki, bu həblərin özbaşına qəbul olunması vəziyyəti daha da kritikləşdirə bilər, ona görə də özbaşına dərman qəbulunu dərhal dayandırmaq lazımdır.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az