Sadə addımlar bağırsaqlarda xoşagəlməz hissləri aradan qaldıracaq.
E-saglam.az xəbər verir ki, Britaniyalı diyetoloq və fitnes məşqçisi Ceyms Uayt şişkinlik və qazdan qurtulmağın 4 yolunu sadalayıb.
Birincisi, ekspert işlənmiş qidaları və şəkəri aradan qaldırmağı məsləhət görür. O izah edir ki, xoşagəlməz şişkinliyin əsas səbəbi sənaye üsulu ilə işlənmiş qidalar və sürətli karbohidratlardan sui-istifadədir.
İkincisi, qazların əmələ gəlməsinə səbəb ola biləcək çörək məhsulları və makaron istehlakını minimuma endirməlisiniz.
Üçüncüsü, yavaş-yavaş və diqqətli yemək lazımdır. Mütəxəssis xatırladır ki, toxluq hissi yeməkdən 20 dəqiqə sonra yaranır.
Nəhayət, Ceyms Uayt fasilələrlə oruc tutmağa ehtiyatla yanaşmağı tövsiyə edir. Uzun müddət yeməkdən imtina etdikdən sonra axşam saatlarında həddindən artıq yeyirsinizsə, bu bağırsaqların vəziyyətinə mənfi təsir göstərə bilər. Gün ərzində yeməkləri bərabər paylamaq daha yaxşıdır.
Tərcümə: Könül Oruc