Tibbi xəbərlər
Dərmanlar niyə quru və qaranlıq yerdə saxlanmalıdır? -
Tibbi xəbərlər
145

Dərmanlar niyə quru və qaranlıq yerdə saxlanmalıdır? - Mütəxəssis açıqladı

Əczaçı İnna Şekinanın sözlərinə görə, dərmanların düzgün saxlanması onların effektivliyini qorumaq üçün vacib amildir.

E-saglam.az  xəbər verir ki, işıq və rütubət dərmanların tərkibinə təsir edərək aktiv maddələrin parçalanmasına səbəb ola bilər.

İşıq və rütubət dərmanın keyfiyyətini azaldır

Mütəxəssis izah edir ki, ultrabənövşəyi şüalar dərmanlarda fotokimyəvi reaksiyalar yarada bilər. Bu proses nəticəsində aktiv maddələr parçalanır və preparatın təsiri zəifləyir. Havanın rütubəti isə qablaşdırmaya nüfuz edərək tabletlərin yumşalmasına, şərbətlərin bulanmasına və toz preparatların sərtləşməsinə səbəb ola bilər.

Orijinal qablaşdırma vacibdir

Əczaçı bildirir ki, dərmanları şəffaf qabda saxlamaq düzgün deyil. İstehsalçılar xüsusi olaraq tünd şüşə, qeyri-şəffaf plastik və karton qablaşdırma istifadə edirlər ki, bu da işığı bloklayaraq dərmanı qoruyur. Ona görə də dərmanları həmişə orijinal qablaşdırmada saxlamaq tövsiyə olunur.

Düzgün saxlanma yerləri

Mütəxəssis qeyd edir ki, dərmanlar vanna otağı kimi rütubətli yerlərdə və ya lavabo üzərində saxlanılmamalıdır. Ən uyğun yer quru, sərin və qaranlıq, radiator və istilik mənbələrindən uzaq qapalı şkafdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun