Tibbi xəbərlər
D vitamini almaq üçün günəşdə nə qədər qalmaq lazımdır? -
Tibbi xəbərlər
121

D vitamini almaq üçün günəşdə nə qədər qalmaq lazımdır? - Həkim açıqladı

ABŞ-dəki Klivlend Klinikasından Dr. Neha Vyas izah etdi ki, D vitamini istehsalı üçün lazım olan günəş müddəti dəri növü, mövsüm və coğrafi yer kimi amillərdən asılıdır.

E-saglam.az-ın məlumatına görə, həkim bildirib ki, yayda günəşli ərazidə dərinin 25%-i açıq qalaraq üç dəqiqəlik günəşə məruz qalmaq kifayətdir. Qışda eyni təsir üçün 20 dəqiqə lazımdır. Bu o deməkdir ki, yayda D vitamininin gündəlik normasını almaq üçün hətta qısa bir gəzinti də kifayətdir.

D vitamini əlavələrdən əldə edə bilsəniz də, Dr. Vyas onları qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşməyin vacib olduğunu bildirdi. Bəzi dərmanlar (məsələn, qan təzyiqi və ya xolesterol üçün olanlar) D vitamini ilə qarşılıqlı təsir göstərə bilər.

Bir çox insanlar kremin D vitamini istehsalını maneə törətdiyindən narahatdırlar. Bununla belə, tədqiqatlar göstərir ki, hətta SPF ilə qorunmaqla belə, dəri D vitamini sintez etmək üçün kifayət qədər ultrabənövşəyi radiasiya alır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun