Tibbi xəbərlər
Canan Karataydan YOD xəbərdarlığı:
Tibbi xəbərlər
1978

Canan Karataydan YOD xəbərdarlığı: Gündəlik məhsullarda gizli qalan təhlükələr

Gündəlik istifadə etdiyimiz bir çox məhsulların tərkibində yod çatışmazlığına səbəb olan maddələr var. Canan Karatay bu təhlükələri və yodun orqanizmimizdəki həyati rolunu izah edir. Çörək, diş pastası və təmizlik ağardıcılarının gizli təhlükəsi nədir? 

E-saglam.az xəbər verir ki, yod kimyəvi elementlər sırasında olan və orqanizmimiz üçün həyati əhəmiyyət kəsb edən bir elementdir. Canan Karatay çörəyin tərkibindəki bromidin, diş məcunundakı flüorun və ağardıcıda olan xloridin yod çatışmazlığının ən əhəmiyyətli səbəbi olduğuna diqqət çəkib.

Canan Karatay, bildirib ki, yod çox əhəmiyyətli bir mineraldır. İnsan orqanizmində təbii olaraq olmalıdır: "Bütün hüceyrələrimiz yod istifadə edir. Yod çatışmazlığı qalxanabənzər vəzi, mədəaltı vəzi, prostat, döş xərçəngi və haşimoto xəstəliyinə səbəb olur. Yod çatışmazlığına səbəb olan bromid, flüor və xloriddir. Bunlar yodidin qardaşıdır. Çörək və unun tərkibində 10 faiz bromid qatqısı var. Xərçəngə yoluxmaq istəmiriksə, bu bromid qatqısının qadağan olunmalıdır. Buradan hökumət səslənirəm, xərçəngin qarşısını almaq istəyirsinizsə, bromidə qadağa qoyun.

İndi un şirkətləri də mənə qəzəblənirlər. Amma daha una bromid qatmasınlar, keçmişdə yodid qatılıb.

Diş pastalarında olan flüor orqanizmə daxil olanda yod reseptorlarından istifadə edir, ona görə də orqanizm yoddan istifadə edə bilmir.

Xlorid bütün ağardıcılarda var. Vasvası xanımlar evi xloridlə zəhərləyirlər. Uşaqların tez-tez xəstələnməsi, astmaya tutulması, burunların tıxanması xloriddən qaynaqlanır". 

Yodun müxtəlif sahələrdə istifadəsi və bədənimizdəki rolu olduqca müxtəlifdir.

Yodun əhəmiyyəti

Yod dövri cədvəldə 53 nömrəli element kimi yerləşir və "I" simvolu ilə təmsil olunur. Qalxanabənzər vəzinin hormon istehsalında xüsusilə mühüm rol oynayan elementdir. Tiroid hormonları bədəndə maddələr mübadiləsini tənzimləmək, enerji istehsalını təmin etmək və sinir sistemi funksiyalarını idarə etmək kimi bir çox həyati funksiyaları yerinə yetirir.

Yodun istifadə sahələri olduqca müxtəlifdir:

Sağlamlıq sahəsi: Yod antiseptik xüsusiyyətlərinə görə səhiyyə sektorunda istifadə olunur. Tez-tez yara baxımı, cərrahi prosedurlar və dezinfeksiya məhsullarında üstünlük verilir.

Tibb və Farmakologiya: Radioaktiv yod tibbi görüntüləmə və bəzi tiroid xəstəliklərinin müalicəsi üçün istifadə olunur. I-131 izotopu hipertiroidizmin müalicəsində istifadə edilən bir üsuldur.

Qida sənayesi: Yod duzu zənginləşdirməklə geniş istifadə olunur. Bu, yod çatışmazlığının qarşısını almaq və tiroid sağlamlığını dəstəkləmək üçün ümumi bir tətbiqdir.

Yod çatışmazlığı

Yod çatışmazlığı bədənin kifayət qədər tiroid hormonu istehsal etməməsinə səbəb ola bilər. Bu, qalxanabənzər vəzinin böyüməsinə (guatr), maddələr mübadiləsinin sürətinin azalmasına və zehni funksiyalara təsir göstərə bilər. Yod çatışmazlığının ən çox yayılmış səbəbləri arasında yodun kifayət qədər qəbul edilməməsi ilə qidalanma, bəzi bölgələrdə torpaqda yodun az olması, duzun yodla zənginləşdirilməməsi daxildir.

İstifadə etdiyimiz qidalarda kifayət qədər yod olmaması səbəbindən yod çatışmazlığı yarana bilər. Yod tiroid hormonlarının istehsalı üçün lazım olan bir mineraldır. Tiroid hormonları maddələr mübadiləsimizi tənzimləyir, böyümə və inkişafımızı dəstəkləyir, beynimizin və sinir sistemimizin funksiyalarını yerinə yetirir. Yod çatışmazlığı tiroid hormonlarının istehsalının azalmasına səbəb olur. Bu, guatr (qalxanvari vəzin böyüməsi), hipotiroidizm (tiroid hormonlarının azalması), zehni gerilik, öyrənmə zəifliyi, sonsuzluq və aşağı çəki kimi sağlamlıq problemlərinə səbəb ola bilər.

Yod çatışmazlığının ən çox görülən səbəbləri bunlardır:

Yodlaşdırılmış duzun az istehlakı

Yod az olan torpaqlarda yetişdirilən qidaları istehlak etmək

Tərkibində yod olan qidaların pəhrizdən xaric edilməsi (süd və süd məhsulları, dəniz məhsulları, yumurta)

Yod ehtiva edən dərmanların istifadəsi

Yod çatışmazlığı olan ərazilərdə yaşamaq.

Yod çatışmazlığı hamilə qadınlar və uşaqlar üçün xüsusilə vacibdir. Hamilə qadınlarda yod çatışmazlığı körpədə əqli geriliyə və öyrənmə qüsurlarına səbəb ola bilər. Uşaqlarda yod çatışmazlığı böyümə və inkişafa mane ola bilər. Hamilə qadınlar və yod çatışmazlığı olan uşaqlar mütləq yod preparatları qəbul etməlidirlər.

Hansı qidalarda yod var? 

Qızardılmış qızılbalıq filesi: Somon ən çox yod ehtiva edən dəniz məhsullarından biridir. Qızardılmış qızılbalıq filesi həm dadlı, həm də sağlam bir protein mənbəyi kimi yodla zəngin bir reseptdir.

Qızardılmış tərəvəzli dəniz məhsulları salatı: Karides, kalamar və midye kimi dəniz məhsulları sağlam qidalanma üçün vacib olan yod ehtiva edir. Bu reseptlə siz tərəvəzlərlə zənginləşdirilmiş yüngül və qidalı salat hazırlaya bilərsiniz.

Yod çatışmazlığının qarşısını almaq üçün aşağıdakıları etmək olar:

Yodlaşdırılmış duzdan istifadə

Tərkibində yod olan qidaların istehlakı (süd və süd məhsulları, dəniz məhsulları, yumurta)

Yod ehtiva edən dərmanların istifadəsi

Yod çatışmazlığı olan ərazilərdə yaşamamaq." 

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun