Qidalanma
Bu pəhriz növü Alzheimer riskini azalda bilər –
Qidalanma
14

Bu pəhriz növü Alzheimer riskini azalda bilər – hətta yüksək risk daşıyanlarda belə

ABŞ-da aparılan yeni bir araşdırma göstərib ki, Aralıq dənizi pəhrizinə riayət etmək Alzheimer xəstəliyi riskini azalda bilər. Ən maraqlısı odur ki, bu təsir hətta genetik olaraq xəstəliyə meylli insanlarda belə müşahidə olunub.

E-saglam.az xəbər verir ki, aralıq dənizi pəhrizi əsasən meyvə, tərəvəz, balıq, qoz-fındıq, zeytun yağı və tam taxıllara əsaslanır. Qırmızı ət, işlənmiş məhsullar və şirniyyat isə minimuma endirilir. Tədqiqatçılar bu pəhrizin xüsusilə APOE4 gen variantının iki nüsxəsinə sahib insanlarda qoruyucu rol oynadığını bildirirlər. Bu genə sahib olmaq Alzheimer riskini dəfələrlə artırır, amma pəhriz bu riski əhəmiyyətli dərəcədə azalda bilir.

Harvard Universitetindən epidemioloq Yuxi Liu qeyd edir ki, indiyə qədər idrak qabiliyyətinə təsiri sübut olunmuş yeganə pəhriz məhz Aralıq dənizi pəhrizidir. Onun sözlərinə görə, qidalanma beyindəki metabolik proseslərə təsir edərək demans riskini azalda bilər.

Araşdırmaya 1989–2023-cü illərdə müşahidə olunan 4,215 qadın və 1,490 kişinin məlumatları daxil edilib. Nəticədə məlum olub ki, Aralıq dənizi pəhrizinə ən sadiq qalan şəxslərdə demans və idrak zəifləməsi riski ən aşağıdır. Bu təsir xüsusilə genetik baxımdan risk altında olan qrupda daha güclü müşahidə olunub.

Tədqiqat həmçinin göstərib ki, pəhriz bədənin qida emalını göstərən metabolitlərə də təsir edir. Bu nəticələr gələcəkdə Alzheimer riskini daha dəqiq qiymətləndirmək və fərdi müalicə strategiyaları hazırlamaq üçün istifadə edilə bilər.

Elm adamları hesab edirlər ki, düzgün qidalanma strategiyası genetik risk faktorlarının təsirini azalda bilər və beyin sağlamlığının qorunmasında əsas açarlardan biri ola bilər.

Araşdırma "Nature Medicine" jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az

Taglər


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun