Yandex watch
Bu meyvə sidik yolu infeksiyalarına son qoyur:

İllərdir ki, zoğal sidik yolları infeksiyaları (İYİ) üçün təbii vasitə kimi tanınır. İndi Bond Universitetinin araşdırması bu faydanı elmi olaraq təsdiqlədi. Araşdırma nəticəsində məlum olub ki, zoğal suyu içmək sidik yolları infeksiyası riskini 54% azaldır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, “European Urology Focus” jurnalında dərc olunan araşdırmada dünya üzrə 3091 nəfərin iştirakı ilə 20 fərqli araşdırma araşdırılıb. Bu hərtərəfli təhlil nəticəsində məlum olub ki, zoğalın tərkibində bakteriyaların sidik yollarının divarlarına yapışmasının qarşısını alaraq infeksiya riskini azaldan birləşmələr var.

Bu, həmçinin antibiotiklərə olan ehtiyacı 59 faiz azaldır

Zoğalın tərkibində bakteriyaların sidik kisəsi divarlarına yapışmasının qarşısını alan proantosiyanidin (kondensasiya olunmuş tanin) adlı bir birləşmə var. Bu birləşmə həmçinin diş əti xəstəliklərinin və mədə xoralarının qarşısını alır. Tədqiqat nəticəsində məlum olub ki, zoğal suyu nəinki sidik yolları infeksiyalarının tezliyini azaldır, həm də antibiotiklərə ehtiyacı 59% azaldır. Bundan əlavə, zoğal suyu istehlakının sidik yolları infeksiyası olanlarda simptomları əhəmiyyətli dərəcədə yüngülləşdirdiyi müşahidə edilmişdir.

Tədqiqata rəhbərlik edən Biotibbi Elmlər və Tibb kafedrasının dosenti Kristian Moro antibiotiklərə qarşı müqavimətin artdığı müasir dünyada dərmansız effektiv müalicə üsullarının tapılmasının həyati əhəmiyyət daşıdığını vurğuladı.

Sidik yollarının infeksiyaları qadınların təxminən 50%-ni və kişilərin 20%-ni həyatlarının müəyyən bir nöqtəsində təsir edən ümumi sağlamlıq problemi kimi önə çıxır. Son illərdə antimikroblara davamlı sidik yolu infeksiyalarının artması bu infeksiyaların müalicəsində qeyri-farmakoloji alternativ müalicə variantlarının əhəmiyyətini artırmışdır.

Sistitin bir çox növləri olmasına baxmayaraq, elmi araşdırmalar bakterial sistitin zoğal ilə ən çox əlaqəli infeksiya növü olduğunu ortaya qoydu.

Tərcümə: Könül Oruc

E-saglam.az