Bu meyvə bağırsaq xərçəngindən qoruyur - Həkim dietoloq
Bu meyvə bağırsaq xərçəngindən qoruyur - Həkim dietoloq

Avokado yarıdoymuş yağ turşuları ilə zəngindir. Hər bir insan gündə bir avokado yeməlidir.

E-saglam.az xəbər verir ki, həkim dietoloq Oksana Mixalieva avokadonun 3 ağır xəstəliyin qarşısını aldığını açıqlayıb.

“Avokadoda olan yağ turşuları damarların tıxanması - ateroskleroz, xroniki iltihab və II tip diabetdən qoruyur. Bu meyvədə maqniy, sink, marqans da var. Bu da dəri, saç, reproduktiv sistem, immunitet üçün vacibdir. Avokado bağırsaq xərçənginə qarşı təsir edir. Bağırsaqların sağlam qalması üçün bu meyvə vacibdir”.