Tibbi xəbərlər
Bu il qanunsuz abortlarla bağlı yeni qanun qəbul edilə bilər
Tibbi xəbərlər
111

Bu il qanunsuz abortlarla bağlı yeni qanun qəbul edilə bilər

"Əhalinin sağlamlığı haqqında" qanunun 30-cu maddəsinə əsasən, hər bir qadının abort etdirmək hüququ var, lakin bu hüquq yalnız dölün cinsi müəyyən olunmamış dövrə, yəni hamiləliyin ilk 12 həftəsinə qədər keçərlidir".

E-saglam.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və komitə yanında İctimai şuranın birgə təşkilatçılığı ilə keçirilən 11 İyul - Ümumdünya Əhali Gününə həsr olunmuş "Azərbaycanda gender əsaslı cins seçimi (selektiv abort) və gender balansının pozulması: mövcud çətinliklər və çıxış yolları" mövzusunda ictimai müzakirə zamanı Gender balansı və qanunvericilik təşəbbüsləri, ​​Azərbaycan Respublikası Milli Məclisi Aparatının Milli Məclisin, Komitələrin və Komissiyaların işinin təşkili şöbəsinin Komitə və komissiyalarla iş sektorunun məsləhətçisi Aynur Veysəlova deyib.

O bildirib ki, 12-ci həftədən sonra isə yalnız tibbi göstəriş əsasında hamiləliyin sonlandırılmasına icazə verilir:

"Hüquqi baxımdan bu, mümkündür. Lakin abortlarla bağlı rəsmi statistikada selektiv abort ayrıca qeyd olunmur. Bu səbəbdən vəziyyəti oğlan və qız uşaqları arasındakı nisbət əsasında müəyyənləşdiririk".

A.Veysəlova əlavə edib ki, əvvəllər qanunsuz abort edənlər yalnız cərimələnirdisə, hazırda bununla bağlı tətbiq edilən sanksiyalar daha da sərtləşdirilib.

Onun sözlərinə görə, "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbul olunması istiqamətində də işlər davam etdirilir:

"Ümid edirik ki, bu ilin payızında məsələ yenidən gündəmə gələcək və qanun layihəsi qəbul olunacaq".

oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun