Tibbi xəbərlər
Bu içkilər kişilərdə keçəlliyə
Tibbi xəbərlər
287

Bu içkilər kişilərdə keçəlliyə səbəb olur

Son tədqiqatlar göstərir ki, bəzi içkilər müntəzəm və həddindən artıq istehlak edildikdə kişilərdə saç tökülməsini sürətləndirə və keçəllik riskini artıra bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu içkilər saç follikullarına mənfi təsir göstərərək onların zəifləməsinə səbəb olur.

Keçəllik riskini artıra bilən içkilər:

Spirtli içkilər

Həddindən artıq spirt qəbulu orqanizmin vacib vitamin və mineralları mənimsəməsini çətinləşdirir. Nəticədə saç kökləri zəifləyir və saçların sağlam böyüməsi pozulur.

Qəhvə

Gündəlik həyatın ayrılmaz hissəsi olan qəhvə, normadan artıq qəbul edildikdə saç tökülməsi riskini artıra bilər. Bəzi araşdırmalar bunu dəstəkləyir.

Yaşıl çay

Faydalı antioksidantlarla zəngin olsa da, yaşıl çayın həddindən artıq və xüsusilə çox isti şəkildə içilməsi saç sağlamlığına mənfi təsir göstərə bilər.

Şəkərli içkilər

Qazlı içkilər, paketlənmiş meyvə şirələri və digər şəkərli içkilər yüksək şəkər tərkibinə görə hormon balansını poza bilər. Bu isə dolayı yolla saç tökülməsinə səbəb olur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun