Faydalı
Bu çaylar stressi azaldır
Faydalı

Bu çaylar stressi azaldır

E-saglam.az xarici mətbuata istinadən, həmin bitki çaylarını təqdim edir:

1. Çobanyastığı çayı

Bu çay əzələləri rahatladır. Eyni zamanda həzm prossesi yaxşı olmayan insanlar üçün də faydalıdır. Özünüzü həddindən artıq gərgin, yuxusuz və yorğun hiss etdiyiniz zaman bu çayı içməklə əzələlərinizi rahatlaşdıra bilərsiniz. Çobanyastığı çayından sonra mütləq dərin yuxuya hazır olun.

2. Lavanda çayı

Lavandanı qoxulamağın belə rahatlıq verdiyini bilirdinizmi? Tərkibindəki efir yağları sayəsində əzələlər rahatlayır, sinir sisteminə müsbət təsir edir. Aroması yüksək olduğundan, az miqdarda istifadə etmək və ya hazırladığınız çobanyastığı çayınıza kiçik bir yarpaq atmanız kifayətdir.

3. Pişikotu çayı

Latınca adı “Valerian” olan pişikotu 100-dən çox aktiv maddə bəxş edir. Bunlar insanı sakitləşdirir, narahatlığını azaldır və yuxu problemini aradan qaldrır. Kökləri və yarpaqları qədər özü də faydalıdır. Qan təzyiqini aşağı salır və əzələləri rahatlaşdırır./axşam.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun