Tibbi xəbərlər
Bu 8 əlamət ağrının ürəklə bağlı olduğun
Tibbi xəbərlər
135

Bu 8 əlamət ağrının ürəklə bağlı olduğun göstərə bilər

Sinə nahiyəsində yaranan ağrı hər zaman ürəklə bağlı olmaya bilər. Mütəxəssislərin sözlərinə görə, bu simptom bəzən qastrit, osteoxondroz, qabırğaarası nevralgiya və ya digər problemlərlə də əlaqəli ola bilər.

E-saglam.az  xəbər verir ki, lakin bəzi hallarda ağrı birbaşa ürək patologiyasının əlaməti hesab olunur və təcili tibbi yardım tələb edir.

Kardioloq Əbdürəfi Xoşimov bildirib ki, ürəklə bağlı ağrı adətən döş sümüyünün arxasında hiss olunur və sol çiyin, çənə, kürək və ya yuxarı qarın nahiyəsinə yayıla bilər. Bəzi hallarda bu vəziyyət ürəkbulanma və ya qusma ilə də müşayiət olunur.

Mütəxəssisin sözlərinə görə, ağrının fiziki gərginlik və ya stress zamanı yaranması, sıxıcı, yandırıcı və ya kəskin xarakter daşıması təhlükəli siqnallar hesab olunur. Eyni zamanda nəfəs darlığı, başgicəllənmə, güclü narahatlıq və ölüm qorxusu hissi də ürək problemlərinə işarə edə bilər.

Həkim qeyd edib ki, belə ağrılar bədən vəziyyətini dəyişdikdə keçmirsə, ürək ritmində pozuntu və ya təzyiq dəyişiklikləri ilə müşayiət olunursa, diqqətli olmaq lazımdır. Ağrının bir neçə dəqiqədən bir neçə saata qədər davam etməsi də ürək mənşəli problem ehtimalını artırır.

Kardioloq vurğulayıb ki, nitroqliserin və ya nitrosprey istifadəsindən sonra ağrının azalması da ürəklə bağlı problemlərin göstəricisi ola bilər. Onun sözlərinə görə, bu simptomlar müşahidə edilərsə, vaxt itirmədən təcili tibbi yardım çağırmaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun