Tibbi xəbərlər
Bir neçə dəqiqəyə yuxuya getməyə kömək edən içki:
Tibbi xəbərlər
136

Bir neçə dəqiqəyə yuxuya getməyə kömək edən içki: Mütəxəssis tövsiyəsi

Son zamanlar internetdə "Sweet Dreams Mocktail" adlı içki geniş yayılıb.

E-saglam.az xəbər verir ki, istifadəçilər bu içkinin yuxuya tez getməyə kömək etdiyini deyirlər. Reseptdə albalı şirəsi, maqnezium tozusoda suyu var.

Dietoloq Oksana Fast bu qarışığın faydalarını və ehtiyatlı olunmalı məqamları izah edib. Onun sözlərinə görə, tərkibindəki bəzi maddələr doğrudan da yuxunu yaxşılaşdıra bilər. Ancaq hər kəs üçün uyğun olmaya bilər.

Albalı şirəsi – təbii melatonin mənbəyidir. Bu hormon yuxu-oyanma ritmini tənzimləyir.

Maqnezium – sinir sisteminin düzgün işləməsi və yuxu prosesləri üçün vacibdir. Amma onu nəzarətsiz qəbul etmək olmaz. Həddindən artıq maqnezium ishal və digər narahatlıqlara səbəb ola bilər.

Şəkər problemi – Albalı şirəsi, xüsusilə şəkərli və ya konsentrat formada olduqda, diabet riski olan insanlar üçün uyğun deyil. Eyni zamanda, artıq çəki problemi olanlar üçün də bu içki faydalı sayılmır.

Mütəxəssis xəbərdarlıq edir ki, bu cür içkilər yuxunu dəstəkləyə bilər, amma balanslı qidalanma, fiziki aktivliklazım gəldikdə tibbi yardım əvəz olunmamalıdır.

İçki ümumilikdə faydalı ola bilər, amma sağlamlığınıza uyğun olub-olmadığını əvvəlcə həkimlə məsləhətləşərək müəyyən edin. Trendlərə kor-koranə qoşulmamaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun