Qidalanma
Bir kişi bir ay yalnız pivə içdi –
Qidalanma
193

Bir kişi bir ay yalnız pivə içdi – nəticəsi faciəvi oldu

Tailandda 44 yaşlı Taweesak Namvonqsa adlı şəxs bir ay ərzində yalnız pivə içərək yaşamağa çalışıb. Təəssüf ki, bu təhlükəli vərdiş onun həyatına son qoyub.

E-saglam.az xəbər verir ki, hadisə barədə "Pulzo" nəşri məlumat yayıb.

Namvonqsanın məktəbdən qayıdan oğlu atasını evin döşəməsində huşsuz vəziyyətdə tapıb. Dərhal təcili tibbi yardım və polis çağırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yeniyetmə oğlunun dediyinə görə, o, bir ay boyunca atasına dəfələrlə isti yemək təklif etsə də, kişi qəbul etməyib, heç bir qida yeməyib, dərman da istifadə etməyib. Evin içində onlarla pivə şüşəsi aşkar edilib. Şüşələr yerə düzülmüş halda idi və onların arasında hərəkət etmək çətinləşmişdi.

Mütəxəssislər bildirirlər ki, yalnız alkoqolla qidalanmaq orqanizmin ciddi şəkildə zəifləməsinə, vitamin çatışmazlığına, qaraciyər zədələnməsinə və sonda həyati funksiyaların dayanmasına səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun