Tibbi xəbərlər
Bir dəqiqədə anemiyanı (qan azlığı) aşkar etmək mümkündürmü?
Tibbi xəbərlər
10

Bir dəqiqədə anemiyanı (qan azlığı) aşkar etmək mümkündürmü? Həkimdən sadə ev testi

Ginekoloq İrina Tarasova bildirib ki, anemiyadan şübhələnmək üçün ev şəraitində sadə bir nəfəs testi aparmaq olar.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, test çox qısa vaxt aparır: əvvəlcə nəfəs verilir, sonra dərindən nəfəs alınıb nəfəs tutulur. Əgər insan təxminən 50 saniyəyə qədər nəfəsini saxlamaqda çətinlik çəkirsə, bu, orqanizmdə dəmir ehtiyatının aşağı olması ilə bağlı ola bilər.

Həkim izah edir ki, dəmir bədəndə oksigen daşınmasında əsas rol oynayır. Onun çatışmazlığı zamanı orqanizm oksigeni daha çətin idarə edir və bu, fiziki dözümlülüyün azalması kimi özünü göstərə bilər.

Bununla belə, İrina Tarasova xəbərdarlıq edir ki, bu test yalnız ilkin şübhə üçündür və dəqiq diaqnoz hesab edilə bilməz. Özbaşına müalicəyə başlamaq tövsiyə olunmur.

Mütəxəssis bildirir ki, dəmir preparatlarının nəzarətsiz qəbulu zərərli ola bilər. Dəqiq nəticə üçün ferritin səviyyəsinin və ümumi qan analizinin verilməsi, daha sonra isə həkimlə məsləhətləşmə vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun