Tibbi xəbərlər
Beynin qocalmasının ən güclü
Tibbi xəbərlər
159

Beynin qocalmasının ən güclü katalizatoru müəyyən edilib

Narkoloq Andrey Tyurin bildirib ki, hətta az miqdarda spirtli içkinin müntəzəm qəbulu belə beynin qocalma prosesini sürətləndirə bilər. Onun sözlərinə görə, bu proses çox vaxt hiss olunmadan baş verir.

E-saglam.az xəbər verir ki, mütəxəssis qeyd edir ki, alkoqol beynin yaşlanmasını 2–3 dəfə sürətləndirə bilər. Bu isə o deməkdir ki, 40 yaşlı bir insanın beyin göstəriciləri daha yaşlı bir şəxsin göstəricilərinə bənzəyə bilər.

Andrey Tyurin izah edir ki, etanol neyrotoksik maddədir və zamanla sinir hüceyrələrinə zərər verir. Xüsusilə yaddaş və emosional tənzimləməyə cavabdeh olan beyin bölgələri bu təsirdən daha çox zədələnə bilər.

Həkim əlavə edir ki, alkoqol beynin ağ maddəsinə də təsir edərək siqnalların ötürülməsini poza bilər. Bu isə reaksiya sürətinin azalmasına, koordinasiya problemlərinə və diqqətin zəifləməsinə səbəb olur.

Mütəxəssis həmçinin bildirir ki, uzunmüddətli spirt qəbulu telomerlərin qısalmasını sürətləndirə və yeni neyronların yaranmasını zəiflədə bilər. Bu dəyişikliklər öyrənmə qabiliyyətinin azalmasına və əhval dəyişikliklərinə gətirib çıxara bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun