Endokrinoloq və diyetoloq Yurqita Varaeva bildirib ki, günə bərk buğdadan hazırlanmış sıyıq və ya bir porsiya makaronla başlamaq beynin fəaliyyətinə müsbət təsir göstərir.
E-saglam.az bildirir ki, onun sözlərinə görə, beynin əsas “yanacağı” olan qlükoza bu kimi kompleks karbohidratlardan tədricən və daha balanslı şəkildə əldə olunduğu üçün orqanizmə daha faydalıdır.
Mütəxəssis qeyd edib ki, bəzən insanlar qlükozanı tez əldə etmək üçün bulka, desert və şirniyyatlara üstünlük verirlər. Lakin bu tip sadə karbohidratlar sürətlə parçalanaraq artıq enerji ehtiyatlarını yağa çevirə bilər. Bu da həm kökəlmə riskini artırır, həm də toxluq hissini qısa müddətli edir.
Varaeva səhər yeməyində kompleks karbohidratlara üstünlük verilməsinin həm enerji balansını qoruduğunu, həm də uzun müddət toxluq hissi yaratdığını vurğulayıb. O, xüsusilə bərk buğda unundan hazırlanmış sıyıq və makaronu yaxşı seçim adlandırıb.
Bundan əlavə, meyvə və giləmeyvələrin də səhər rasionunda yer alması tövsiyə olunur. Çünki onlar yalnız qlükoza deyil, həm də lif və vitaminlərlə zəngin olduğundan bədəni əlavə olaraq dəstəkləyir.
Tərcümə: Könül Oruc