Tibbi xəbərlər
Bədəndən ağır metallar necə çıxarılır və
Tibbi xəbərlər

Bədəndən ağır metallar necə çıxarılır və hansı qidalar buna kömək edir?

Ağır metallar gündəlik həyatımızda hava, qida və kosmetik vasitələrdən orqanizmə daxil ola bilər. Bu maddələrin uzun müddət bədəndə toplanması Alzheimer, xərçəng və sonsuzluq kimi xəstəliklərə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatına görə, arsen, kadmium, civə, qurğuşun və digər ağır metallar orqanizm üçün zərərlidir. Bu maddələr sinir sistemi xəstəlikləri, insult, xərçəng, anemiya və osteoporoza səbəb ola bilər.

Ağır metalların təsirindən qorunma yolları

Siqaretdən imtina edin – Siqaret tərkibindəki kadmium sümükləri zəiflədir.

Təmiz hava alın – Mümkünsə, havası təmiz yerlərdə yaşayın və ya istirahət edin.

Alüminium istifadəsini azaldın – Alüminium folqa və qablardan çəkinin.

Sağlam balıq seçin – Dib balıqlarında ağır metallar toplanır, sardina, skumbriya və kefal kimi balıqları seçin.

Təmiz su için – Kransuyundan çəkinin, etibarlı mənbədən su istehlak edin.

Tərləyin – İdman və sauna bədəndən toksinləri çıxarır.

C vitaminini artırın – C vitamini və selenium ağır metalların zərərini azaldır. Portağal, qırmızı bibər və brokoli ilə qidalanın.

Ağır metalları orqanizmdən təmizləyən qidalar

Tahin (küncüt əzməsi) və keşniş – Ağır metalların bədəndən çıxmasını sürətləndirir.

Kükürdlü tərəvəzlər – Sarımsaq, soğan, kələm və brokoli təsirlidir.

Alfa lipoik turşusu – Brokoli, yerkökü, ispanaq və kartof ağır metalların təmizlənməsinə kömək edir.

Bu qidaları gündəlik rasionunuza daxil edərək bədəninizdə ağır metalların yığılmasının qarşısını ala bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun