Tibbi xəbərlər
Bədəndəki zəhərlərə qalib gələn - Quercetin nə edir və
Tibbi xəbərlər
193

Bədəndəki zəhərlərə qalib gələn - Quercetin nə edir və təbii halda hansı qidalarda var?

Bədənimiz hər gün havadan, qidadan və ətraf mühitdən saysız toksinlərlə yüklənir. Təbii müdafiə sistemimiz bu yükün öhdəsindən hər zaman gələ bilmir. Bu səbəbdən antioksidantlara ehtiyac artır. Onlardan biri də Quercetindir – bədənin toksinlərlə savaşan, iltihabı azaldan və hüceyrələri qoruyan flavonoid.

E-saglam.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Esma Nazlı Bulut bildirir ki, Quercetin bağırsaqlar, böyrəklər və ağciyərlərin təmizləyə bilmədiyi sərbəst radikalları zərərsizləşdirə bilir. Bu birləşmə kapari, qırmızı soğan, alma, brokoli, üzüm, pomidor, qulançar və zoğal kimi bir çox meyvə-tərəvəzdə təbii halda mövcuddur. Quercetini bol olan qidaları çiy və mövsümündə qəbul etmək onun təsirini artırır.

Tədqiqatlar göstərir ki, Quercetin:

- Hüceyrələri xərçəng riskindən qoruyur

- Qan təzyiqini tənzimləyir və ürəyi qoruyur

- Allergik reaksiyaları zəiflədir

- Dərinin qocalmasını gecikdirir, qırışlara qarşı təsir göstərir

- Əzələ yorğunluğunu azaldır, bərpa prosesini sürətləndirir

- Reproduktiv sağlamlığı dəstəkləyir

Qeyd: Əlavə şəklində qəbul edilərkən həkimlə məsləhətləşmək mütləqdir, çünki gündə 1000 mq-dan çox doza yan təsirlərə səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun