Tədbirlər
Bakıda “Medical Tourism: InfoTour & Networking” layihəsinin
Tədbirlər
165

Bakıda “Medical Tourism: InfoTour & Networking” layihəsinin növbəti tədbiri uğurla baş tutub

Bakıda HIMA Med Alliance Group tərəfindən həyata keçirilən "Medical Tourism: InfoTour & Networking" layihəsi çərçivəsində növbəti InfoTour uğurla baş tutub.

E-saglam.az xəbər verir ki, tədbir iştirakçıları Bakı şəhəri Badamdar qəsəbəsində yeni fəaliyyətə başlamış Maricel Naftalan Sağlamlıq Mərkəzini ziyarət edərək klinikanın müasir infrastrukturu, tibbi xidmət imkanları və sağlamlıq turizmi potensialı ilə yaxından tanış olublar.

İnfoTour zamanı qonaqlara mərkəzin ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş müayinə, diaqnostika və reabilitasiya şöbələri təqdim edilib. Bildirilib ki, klinikada pasiyentlərin komfortu, təhlükəsizliyi və yüksək keyfiyyətli tibbi xidmət alması üçün bütün zəruri şərait yaradılıb.

Naftalan Möcüzəsi və Müasir Tibbin Sinergiyası

Təqdimat zamanı Azərbaycanın dünyada tanınan təbii müalicə sərvətlərindən biri olan Naftalan neftinin tətbiqi imkanları, unikal Naftalan vannaları, müasir reabilitasiya xidmətləri, peşəkar həkim heyəti və pasiyentlərə fərdi yanaşma prinsipləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, mərkəzdə yaradılmış müasir Duz Dağı (haloterapiya) kompleksi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və sağlamlıq turizmi baxımından mühüm üstünlüklərdən biri kimi qiymətləndirilib.

Tədbirdə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının üzvləri, tibbi turizm şirkətləri, səhiyyə üzrə ekspertlər, media nümayəndələri və sektorun peşəkarları iştirak edərək ölkəmizin sağlamlıq turizminin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları və yeni strateji tərəfdaşlıqlar barədə geniş fikir mübadiləsi aparıblar.

"Azərbaycan zəngin təbii müalicə resursları, xüsusilə Naftalan kimi unikal sağlamlıq potensialı ilə beynəlxalq tibbi turizm bazarında mühüm mövqeyə sahib ola bilər. Məqsədimiz bu imkanları peşəkar əməkdaşlıq, effektiv idarəetmə və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə daha geniş auditoriyaya təqdim etməkdir. “Medical Tourism: InfoTour & Networking” layihəsi də məhz bu məqsədə xidmət edən mühüm platformadır."

Tədbir iştirakçıları Maricel Naftalan Sağlamlıq Mərkəzinin təqdim etdiyi xidmətləri yüksək qiymətləndirərək vurğulayıblar ki, bu cür infoturlar Azərbaycanın tibbi turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması, yeni əməkdaşlıqların qurulması və ölkənin sağlamlıq turizmi brendinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun