Xəbərlər
Bakı-Tbilisi-Bakı qatarında qiymətlər necə olacaq? –
Xəbərlər
4

Bakı-Tbilisi-Bakı qatarında qiymətlər necə olacaq? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz ki, Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

E-saglam.az xəbər verir ki, insanları maraqlandıran məsələlərdən biri də qatarların qiymət cədvəlidir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qiymət cədvəli yaxın günlərdə açıqlanacaq.

“Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”,-  deyə qurumdan bildirilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyindən vrilən açıqlamada bununla bağlı razılığın Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunduğu bildirilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun