Tibbi xəbərlər
Bağırsaq sağlamlığının əsas
Tibbi xəbərlər
10

Bağırsaq sağlamlığının əsas düşmənləri açıqlanıb

Onkoloq və proktoloquAleksandr Qriqoryev yoğun bağırsaq xərçənginin yaranmasına səbəb ola bilən əsas risk amillərini açıqlayıb.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, siqaret və alkoqol istifadəsi bağırsaq sağlamlığı üçün ciddi təhlükə yaradır. Siqaret çəkən insanlar hər siqaret və ya elektron siqaret istifadə etdikdə çox sayda kanserogen maddə qəbul edir və bu da xərçəng riskini artırır.

Mütəxəssis qeyd edib ki, xroniki hemoroid, anal çatlar, iltihabi proseslər və bağırsaq polipləri də xəstəliyin inkişafına səbəb ola bilər. Onun sözlərinə görə, xüsusilə poliplər təhlükəlidir, çünki zamanla böyüyərək bədxassəli şişə çevrilə bilirlər.

Qriqoryev əlavə edib ki, oturaq həyat tərzi və artıq çəki də risk faktorları sırasındadır. Bu hallar bağırsaq əzələlərinin fəaliyyətini zəiflədir, maddələr mübadiləsini yavaşladır və müxtəlif proktoloji xəstəliklərin yaranma ehtimalını artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun