Tibbi xəbərlər
Azərbaycanda vurulan vaksinlərin sayı 13 milyonu ötüb
Tibbi xəbərlər
434

Azərbaycanda vurulan vaksinlərin sayı 13 milyonu ötüb

Azərbaycanda vurulan vaksinlərin sayı 13 milyonu ötüb.

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 35 481 vaksin vurulub.

E-saglam.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 005, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 071, üç və daha çox doza vaksin vurduranların sayı 29 607, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 798 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 017 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 300 633, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 786 953, üç və daha çox doza vaksin vurduranların sayı 2 724 169, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 206 113 təşkil edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun