Psixologiya
Azərbaycanda uşağa görə verilən müavinətlər -
Psixologiya

Azərbaycanda uşağa görə verilən müavinətlər - SİYAHI

Azərbaycanda uşaqların sosial müdafiəsini gücləndirmək, onların sağlam inkişafını təmin etmək və ailələrə maddi dəstək göstərmək məqsədilə müxtəlif növ sosial müavinətlər təyin olunur. Bu müavinətlər uşağın sağlamlıq vəziyyəti, ailə vəziyyəti, valideynlərin sosial statusu və digər meyarlara əsasən müəyyən edilir.

E-saglam.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun departament müdiri Rəşad Mehdili Operativ Media-ya hazırda qüvvədə olan və dövlət tərəfindən verilən əsas müavinətlərin siyahısı və müvafiq məbləğləri barədə məlumat verib:

 

1. Əlilliyə görə müavinət

Uşağın əlillik dərəcəsinə əsasən aylıq ödənilən müavinətlər:

  • Orqanizmin funksiyalarının 31–60% pozulmasına görə – 150 manat

  • Orqanizmin funksiyalarının 61–80% pozulmasına görə – 220 manat

  • Orqanizmin funksiyalarının 81–100% pozulmasına görə – 270 manat

2. Ailə başçısını itirməyə görə müavinət

  • Aylıq ödəniş – 120 manat

3. 3 yaşınadək uşağa qulluğa görə müavinət

  • 1,5 yaşadək – 44 manat

  • 1,5 yaşdan 3 yaşadək – 28 manat

4. Uşağın anadan olmasına görə birdəfəlik müavinət

  • 500 manat

5. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün müavinət

  • Aylıq məbləğ – 120 manat

6. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət

  • Aylıq məbləğ – 120 manat

7. Aztəminatlı ailələrə 1 yaşınadək uşaq üçün müavinət

  • Aylıq məbləğ – 100 manat

8. Beş və daha çox uşağı olan qadınlara müavinət

  • Hər bir uşaq üçün aylıq – 105 manat

9. Himayədar ailəyə verilmiş uşağın tərbiyəsinə görə müavinət

Bu müavinət himayədar ailə ilə müvafiq icra hakimiyyəti orqanı arasında bağlanan müqavilə əsasında verilir. Yaş qruplarına görə aylıq məbləğlər aşağıdakı kimidir:

  • 0–6 yaş: 355 manat

  • 7–13 yaş: 375 manat

  • 14–18 yaş: 395 manat

Əgər uşaq 18 yaşadək əlilliyi olan şəxsdirsə, müavinət məbləği artırılır:

  • 0–6 yaş: 395 manat

  • 7–13 yaş: 415 manat

  • 14–18 yaş: 435 manat

Bundan əlavə, himayədar ailələrə ildə dörd dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) 200 manat məbləğində mövsümi geyim pulu da verilir.

Ölkə.az

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun