Azərbaycanda şəkər xəstələrinin sayı artıb.
E-saglam.az xəbər verir ki, bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.
Məlumata görə, ötən il ilk dəfə diabet diaqnozu qoyulmuş xəstələrin sayı 2024-cü ildə 33533 nəfərə çatıb. 2023-cü ildə isə bu rəqəm 30500 nəfər olub.
Statistik rəqəmlərə görə, ilk dəfə diaqnoz qoyulan 33533 nəfər diabet xəstəsinin 1 134 nəfəri insulindən asılıdır.
Ümumilikdə tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrinin sayı isə 2024-cü il üzrə 423 523 nəfərdir.
Qeyd edək ki, bundan bir il öncə bu rəqəm 385 179 olub.