Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı strategiya hazırlanır.
E-saglam.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, 5 illik dövrü əhatə edəcək strategiyanın yaxın vaxtlarda aidiyyəti üzrə təqdim olunması planlaşdırılır: "Beləliklə, səhiyyə sistemi də iqtisadiyyatın digər sahələri kimi rəqəmsallaşmağa başlayacaq”.
"Rəqəmsal səhiyyə strategiyasının hazırlanmasının yeddi məqsədi var ki, onlardan biri də azad edilmiş ərazilər də daxil olmaqla ölkədə göstərilən tibbi xidmətlərin həcminin müəyyənləşdirilməsidir. Strategiya çərçivəsində irihəcmli layihələr də həyata keçiriləcək", - T.Musayev deyib.