Tibbi xəbərlər
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
Tibbi xəbərlər
427

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 755 yeni yoluxma faktı qeydə alınıb, 4517 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 781 538 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 754 041 nəfər müalicə olunaraq sağalıb, 9 330 nəfər vəfat edib, aktiv xəstə sayı 18 167 nəfərdir.

Ölkədə son sutka ərzində 10 291, hazırkı dövrədək isə 6 522 155 test aparılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun