Tibbi xəbərlər
Azərbaycanda “AstraZeneca” vaksininin istifadəsi dayandırıldı: Səbəb AÇIQLANDI - YENİLƏNİB
Tibbi xəbərlər
224

Azərbaycanda “AstraZeneca” vaksininin istifadəsi dayandırıldı: Səbəb AÇIQLANDI - YENİLƏNİB

Səhiyyə Nazirliyi Azərbaycanda “AstraZeneca” vaksininin istifadəsinin dayandırılma səbəbini açıqlayıb. 

 E-saglam.az-ın məlumatına görə, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, buna səbəb “AstraZeneca”nın bütün dozalarının bitməsidir. 

İlhamə Əbülfət

13:04

Azərbaycanda indiyə qədər yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən vaksinlərin bir qismi müəyyən yararsızlıq səbəblərindən məhv edilib. Ölkədə məhv edilən vaksin dozalarının sayı 507 339-dur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fəaliyyət üçün məlumat: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq” adlı konfransda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov məlumat verib.

O qeyd edib ki, respublikada məhv edilən vaksin dozalarının ümumi vaksinlərin 4.1 faizini təşkil edir.

Məhv edilən vaksinlərin 273 848 dozası “AstraZeneca”, 50 592 dozası “Pfizer”, 182 898 dozası “Sputnik V” vaksinləridir.

Məlumata əsasən, ölkədə “AstraZeneca” vaksininin istifadəsi dayandırılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun