Avropa Azərbaycan Məktəbi tibb bacısı vakansiyası elan edib.
E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir.
Tibb bacısı (Orta Məktəb – Badamdar korpusu)
Avropa Azərbaycan Məktəbi
İşin təsviri
Məktəbin tibb bacısının əsas vəzifəsi xəstəlik və xəsarətlərin qarşısının alınması, sağlamlıqla bağlı problemlərin vaxtında aşkarlanması və onların aradan qaldırılmasıdır. Tibb bacısı profilaktika, sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və zərurət yarandıqda şagirdlərin həkimə yönləndirilməsi üzrə ixtisaslaşmalıdır.
İş: Tam ştat (full time)
Əməkhaqqı: Razılaşma yolu ilə
Məktəbdaxili tabeçilik
Birbaşa məktəb direktoruna hesabat verir və yardımçı komandanın üzvüdür.
Tələb olunan keyfiyyətlər
Peşəkar tibb bacısı ixtisası üzrə diplom.
Uşaq tibb müəssisəsində minimum 3 il iş təcrübəsi.
Səhiyyə Nazirliyinin Sertifikasiya İmtahanından keçdiyini təsdiq edən şəhadətnamə.
Kompüter bilikləri: Word, Excel, internet və elektron poçtdan istifadə bacarığı.
İngilis dili bilikləri vacibdir.
Ümumi vəzifələr
Şagirdlərin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi.
Xəstəlik və ya xəsarətlə bağlı ilkin tibbi müdaxilə və davamlı müşahidə.
Sağlamlıqla bağlı məlumatların hazırlanması, yenilənməsi və saxlanılması.
Məktəbin sağlamlıq siyasəti, prosedurları və daxili qaydalarının hazırlanmasına və yenilənməsinə dəstək.
Məktəb üçün ilk yardım çantasının hazırlanması və nəzarəti.
Valideynlər tərəfindən peyvənd təqviminə əməl olunmasına nəzarət.
Müraciət
Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər - resume@eas.az