Qidalanma
Arıqlamağa mane olan çox bilinməyən 7 qida -
Qidalanma
173

Arıqlamağa mane olan çox bilinməyən 7 qida - Diyetoloq açıqladı

Arıqlamaq istəyənlər çox zaman şirniyyatı azaltmağın və kalori saymağın kifayət edəcəyini düşünür. Amma dietoloqlar bildirir ki, mətbəxdə “zərərsiz” hesab edilən bəzi qidalar əslində səssiz şəkildə çəkiverməni ləngidə bilər.

E-saglam.az xəbər verir ki, diyetoloq Olqa Yablokova arıq bədən quruluşunun çox bilinməyən yeddi gizli “düşməni” haqqında danışır.

Mütəxəssis ilk olaraq zülal və dənli bitki barlarını qeyd edir. Sağlam görüntüsünə baxmayaraq, bu barlar gizli şəkərlər, tatlandırıcılar və kimyəvi əlavələr ehtiva edə bilər. Onları qəlyanaltı kimi tez-tez yemək iştahanı artırır və artıq yeməyə səbəb olur.

Quru meyvələr də təhlükəsiz görünür. Lakin bir çox istehsalçı onların üzərinə şərbət çəkir və bu da banan çipsi və xurma kimi artıq yüksək kalorili məhsulları tam “şəkər bombası”na çevirir.

Təzə sıxılmış meyvə şirələrində lif olmadığı üçün şəkər çox sürətlə qana sorulur. Bu isə qlükozanın kəskin artmasına, yağ yığılmasına və iştahanın tez bir zamanda yenidən açılmasına səbəb olur.

Mağazadan alınan “sağlam” hazır yeməklər də öz tələlərinə malikdir. Toyuqlu qarabaşaq və ya “fitnes” tortlar çox vaxt artıq yağ, duz, şəkər və qoruyucularla zəngindir. Dad gücləndiriciləri maddələr mübadiləsini ləngidir, az zülal isə əzələ itkisinə yol açır.

Bitki mənşəli südlər — xüsusilə badam və yulaf südü — mağaza versiyalarında tez-tez tatlandırıcılar və əlavələr olur. Badam südündəki yüksək omeqa-6 və yulaf südündəki karbohidratlar çəki artımına və həzm narahatlıqlarına səbəb ola bilər.

Qurudulmuş və hisə verilmiş quş əti də bəzən göründüyündən daha zərərlidir. Qurudulmuş toyuqda çox duz, şəkər və dad artırıcılar ola bilər. Hisə verilmiş məhsullar isə qlikasiya son məhsulları yaradır ki, bu da çəki artım riskini yüksəldir.

Mağazadan alınan smuzilər də “sağlam” görüntü ilə aldatmasın. Onlar şirin meyvələr və əlavə tatlandırıcılarla hazırlanır. Lifin olmaması səbəbilə fruktoza qan şəkərini sürətlə qaldırır və az sonra kəskin endirir — nəticədə insan bir saat keçməmiş yenidən acır.

Bu səbəbdən dietoloqlar arıqlamağa çalışanlara qablaşdırılmış “sağlam” qidalara daha diqqətlə yanaşmağı məsləhət görür.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun