Xəstəliklər
Araşdırmaya görə COVİD-19-u ağır keçirənlərin İQ səviyyəsi AZALIR
Xəstəliklər
340

Araşdırmaya görə COVİD-19-u ağır keçirənlərin İQ səviyyəsi AZALIR

"The Lancet" jurnalında yayımlanan yeni bir araşdırma, COVID-19-dan sağ çıxan insanların zəkada gözə çarpan bir eniş yaşaya biləcəyini ortaya qoydu. Xüsusilə xəstəxanaya yerləşdirilən xəstələrdə yaxşılaşmalarına baxmayaraq İQ-nin 7 baladək davamlı azalması olduğu müşahidə edildi.

E-saglam.az xəbər verir ki, London İmperial Kolleci və Cambridge Universitetindən olan elm adamları, yanvar-dekabr 2020 dövründə COVID-19 olan 12.689 nəfər daxil olmaqla 81.337 nəfərlik böyük bir qrup daxil etdilər.İdrak qabiliyyətlərini ölçmək üçün bir testdən keçən iştirakçılardan əvvəllər virusa yoluxan və xəstələnənlər suallara cavab verməkdə digərlərindən daha çox çətinlik çəkdilər. Xəstəxanaya yerləşdirilən və tənəffüs aparatına qoşulan xəstələrin zehni bacarıqlarında ciddi bir azalma olduğu ortaya çıxdı.

İdrak bacarıqlarında azalma olan iştirakçıların ən gözə çarpan problemləri beyin dumanı, konsentrasiyanın çətinləşməsi və söz yaddaşının zəifləməsidir. Ən çətin tapşırıqlar düşünmə, planlaşdırma və problem həll etmə sahələrində idi. Virusdan sağ qalanların xəstəliyin şiddətindən asılı olaraq nöropsikiyatrik və idrak problemləri ola biləcəyi artıq sübut edilmişdir.Yeni araşdırma ilə, COVID-19-u ağır şəkildə keçirənlərin İQ-sində 7 bala qədər enmə ortaya çıxdı. Bu rəqəm əvvəllər insult keçirən insanlarda görülənlərdən daha çox idi.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun