Tibbi xəbərlər
Alzheimer xəstəliyi artıq bu üsulla müəyyən olunacaq
Tibbi xəbərlər
366

Alzheimer xəstəliyi artıq bu üsulla müəyyən olunacaq

Adətən Alzheimer xəstəliyinin patologiyası ənənəvi olaraq neyroimaging üsulları və ya biomarkerlərdən istifadə etməklə qiymətləndirilir.

E-saglam.az xəbər verir ki, tədqiqatçılar nitq məlumatlarından istifadə edərək 6 il ərzində Alzheimer xəstəliyinin inkişafını proqnozlaşdırmaq üçün yeni bir üsul hazırlayıblar.

Alimlər koqnitiv şikayətləri olan 166 nəfərdən ibarət qrupu müşahidə ediblər. Hər bir şəxs 1 saatlıq imtahandan keçib, imtahan rəqəmsal olaraq qeydə alınıb və yaddaşda saxlanılıb.

Yüngül koqnitiv pozğunluğu olan 166 xəstədən 90-da 6 il ərzində demans inkişaf edib. Yaşlılıq demensiyasına insultlu və ya insultsuz qarışıq demensiya və Alzheimer xəstəliyi daxildir.

Xülasə, tədqiqatçılar yüngül idrak pozğunluğu olan insanlarda Alzheimer xəstəliyinin inkişafını proqnozlaşdırmaqda avtomatik nitqin tanınması potensialını aşkar ediblər. Təklif olunan model Alzheimer xəstəliyinin inkişafını 81.1% həssaslıq, 75% spesifiklik və 78.2% dəqiqliklə proqnozlaşdırıb.

Alimlər belə qənaətə gəliblər ki, bu yanaşma genetik və ya laboratoriya testləri, görüntüləmədən istifadə etmədən əlçatan və qeyri-invaziv süni intellekt əsasında proqnozlaşdırmağa imkan verir ki, bu da onu uzaqdan qiymətləndirmə üçün ideal edir.(publika.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun