Endokrinoloq Elena Andreevanın sözlərinə görə, aloe bitkisi düzgün istifadə edildikdə orqanizmə ciddi fayda verir. O
E-saglam.az bildirir ki, o, Pravda.ru-ya açıqlamasında aloe suyunun immun sistemini gücləndirmək kimi gözlənilməz xüsusiyyətini vurğulayıb.
Həkim qeyd edir ki, aloe yarpaqları C, E, A, B qrupu vitaminləri, fitonsidlər, fermentlər, amin turşuları, üzvi turşular, flavonoidlər və müxtəlif mikroelementlərlə zəngindir. Bu tərkib sayəsində aloe gündə iki dəfə, yeməkdən 20 dəqiqə əvvəl bir çay qaşığı miqdarında qəbul edilə bilər.
Andreeva bildirir ki, aloe qəbulunun təsiri düzgün və balanslı qidalanma ilə daha da güclənir. Rasionda vitaminli, zülallı, fitonsidli və kompleks karbohidratlı qidalar olmalıdır.
Aloe-nin işlətmə təsiri olduğunu da xatırladan həkim, onu səhər yox, günorta və ya axşam saatlarında qəbul etməyi tövsiyə edir. Müalicə kursuna 5-7 günlə başlamaq, sonra 2 həftəlik fasilə vermək, əgər vəziyyət yaxşıdırsa, kursu 10 günə qədər uzatmaq olar. Lakin uzun müddətli fasiləsiz istifadə bağırsaqların tənbəlləşməsinə səbəb ola bilər.
Aloe istifadə qaydalarına gəlincə, mütəxəssis məsləhət görür ki, üç yaşdan yuxarı olan bitkidən istifadə edilsin, kəsilməzdən üç gün əvvəl suvarma dayandırılsın, 15 sm uzunluğunda ətli yarpaqlar seçilsin və suyu dərhal sıxılaraq istifadə olunsun. Bu zaman doka və taxta qaşıqdan istifadə etmək tövsiyə edilir.
Tərcümə: Könül Oruc