Tibbi xəbərlər
Alimlər yaddaşı bərpa edən "uzunömürlülük molekulu"
Tibbi xəbərlər
8

Alimlər yaddaşı bərpa edən "uzunömürlülük molekulu" kəşf ediblər

Uzunömürlülüklə əlaqəli təbii molekul beyində yaddaş əmələ gətirən əsas prosesləri bərpa edə bilər.

E-saglam.az-ın məlumatına görə, Sinqapurlu alimlər Alzheimer xəstəliyində yaddaş itkisi ilə mübarizə aparmaq üçün onun simptomlarından daha çox yaşlanmanın biologiyasını hədəf alaraq potensial yeni bir yol kəşf ediblər.

Sinqapur Milli Universitetinin Tibb Məktəbindən professor Brayan Kennedinin rəhbərlik etdiyi bir qrup, kalsium alfa-ketoglutarat (CaAKG) adlı bir birləşmə üzərində çalışdı. Bu birləşmə təbii olaraq bədənimizdə mövcuddur, lakin yaşla birlikdə səviyyəsi azalır. Tədqiqatçılar, yaddaş itkisinə səbəb olan beyin zədəsini "bərpa etmək" üçün istifadə edilə biləcəyini yoxlamaq qərarına gəldilər.

Təcrübələr üç əsas təsir göstərib. Birincisi, molekul beyin hüceyrələri arasındakı əlaqələri gücləndirir. Məlumat məhz bu əlaqələr (sinapslar) vasitəsilə ötürülür və onların məhv olması unutqanlığa səbəb olur.

İkincisi, CaAKG hüceyrə "təmizlənməsini" tətikləyir. Yaşla neyronlar "zibil" - zədələnmiş zülallar toplayır. Maddə, hüceyrənin bu tullantıları təmizləmək üçün təbii sistemi olan autofagiyanı aktivləşdirir.

Üçüncüsü, molekul assosiasiyalar yaratmaq qabiliyyətini bərpa edir. CaAKG sayəsində beyin fərqli hadisələri yenidən xatirələr zəncirinə bağlamağa başlayır. Məsələn, açarlarınızı hara qoyduğunuzu və ya dünən nədən danışdığınızı xatırlamaq.

Müasir dərmanların əksəriyyəti yalnız Alzheimer xəstəliyinin simptomları ilə mübarizə aparır. Bu yeni yanaşma beynin qocalmasını yavaşlatmağa və xəstəliyə daha davamlı hala gətirməyə kömək edəcək.

Tədqiqat "Aging Cell" jurnalındadərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun