Tibbi xəbərlər
Alimlər idman zalı ilə depressiya arasında
Tibbi xəbərlər
133

Alimlər idman zalı ilə depressiya arasında əlaqə aşkar ediblər

Beynəlxalq alimlər qrupu təxminən 500.000 insandan məlumatları təhlil edərək fiziki güclə depressiya riski arasında ardıcıl bir əlaqə aşkar edib.

E-saglam.az xəbər verir ki, tədqiqat "Journal of Psychiatric Research" jurnalında dərc edilib.

Əl gücü aşağı olan insanlarda (dinamometrlə ölçülən) ən güclü iştirakçılarla müqayisədə depressiyaya düşmə riski 26-42% daha yüksək idi. Tədqiqatçılar bu nəticəyə Yaponiya, İtaliya və Cənubi Afrika da daxil olmaqla 12 ölkədə aparılan 16 elmi tədqiqatı nəzərdən keçirdikdən sonra gəliblər. İştirakçıların orta yaşı təxminən 60 il idi.

Müəlliflər vurğulayırlar ki, zəif tutuş öz-özlüyündə depressiyaya səbəb olmur. Bu, bədənin ümumi bioloji dayanıqlığının göstəricisi kimi xidmət edir. Güclü əzələləri olan insanlar daha aktiv olmağa meyllidirlər və müntəzəm fəaliyyət sinir sistemini qoruyur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun