Oksford Universitetinin dietoloqu Dr. Dimitrios Koutoukidis-in rəhbərlik etdiyi tədqiqatçılar bildirirlər ki, arıqlamaq üçün ən səmərəli dövr yanvar ayıdır.
E-saglam.az xəbər verir ki, "Obesity" jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, yanvarda pəhriz saxlayan şəxslər digər aylarda başlayanlara nisbətən 12-30% daha çox çəki itiriblər.
Alimlərə görə, yay ayları arıqlamaq üçün ən əlverişsiz vaxtdır. Xüsusilə avqust və iyul aylarında nəticələr zəif olur. Çünki bu dövr istirahət və bayramlarla bağlı pəhrizə riayət etməyi çətinləşdirir.
Yanvar ayı isə insanların motivasiyalı olduğu dövrdür – Yeni il qərarlarının çoxu sağlam həyat və arıqlamaq məqsədi ilə verilir.
Lakin Britaniya Pəhriz Assosiasiyası xəbərdarlıq edir: sərt və qəfil pəhrizlər bəzən psixi sağlamlığa zərər verə bilər. Ona görə də arıqlamağa başlamaq üçün yanvar uyğun olsa da, bunu sağlam və balanslı şəkildə etmək vacibdir.
Tərcümə: Könül Oruc