Yandex watch
Aldığınız kərə yağının təbii, yaxud saxta olduğunu necə ayırd etməli? -

Orqanizmə saysız-hesabsız töhfələri və faydaları olan kərə yağını saxta formada istehsal edib bazara çıxardılar.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, insanlar bəzən təbii və saxta kərə yağını ayırd etməkdə çətinlik çəkirlər. 

Bəs kərə yağının həqiqi olub-olmadığını necə bilək?

1. Aldığınız kərə yağı ilə bağlı şübhəniz varsa, kiçik bir parça kərə yağı götürün və qaynar suya qoyun. Əsl kərə yağı tam olaraq əriyir. Parça-parça əriyirsə, kərə yağı deyil, marqarindir.

2. Əsl kərə yağı otaq temperaturunda qoyduğunuzda o, heç vaxt tam ərimir, sadəcə yumşalır. Nə qədər yumşaq olsa da, formasını itirməyəcək. Bir müddət sonra su kimi əriyirsə, bu, saxta kərə yağıdır.

3. Əsl kərə yağını soyuducudan çıxaran kimi bıçaqla kəsməkdə çətinlik çəkə bilərsiniz, bu normaldır, ancaq bıçaq zərbəsi alan yerləri kəsmək (xırdalamaq) lazımdır. Əgər bütün yağ daş kimi çatlayırsa, bu onun saxta yağ olduğuna dəlalət edir.

4. Sarı yağın həqiqi, ağ yağın isə saxta olduğu doğru yanaşma deyil. Yağın rəngi kərə yağı hazırlamaq üçün istifadə edilən heyvanın südü ilə bağlıdır.

5. Əgər kərə yağı tavada əritdikdə topaq və ya köpük əmələ gəlmirsə, mütləq saxtadır və onu istehlak etməyin. 

6. Təbii və üzvi kərə yağı tavada qızdırıldıqda köpüklənir. Köpüklənməsinin səbəbi yağın içindəki suyun sıxlıq fərqinə görə qalxmasıdır.

7. Əgər yağ başqa rəngdə (daha tünd sarı) əriyirsə, bu yağda boyadan istifadə olunması mənasına gəlir və saxtadır.

8. Əsl və təbii kərə yağlarının qiymətləri kifayət qədər bahadır, alarkən bu məlumatları diqqətdə saxlayın.

Könül Oruc

E-saglam.az