Sağlamlıq
Ağ çörəkdən daha zərərli 3 qida -
Sağlamlıq
160

Ağ çörəkdən daha zərərli 3 qida - sağlamlığınıza zərər verir

Ağ çörəyin sağlamlığa zərərli olduğu geniş yayılmış fikirdir. Bir çox insan pəhrizə başlayarkən ilk növbədə bu çörək növündən imtina edir.

E-saglam.az-ın məlumatına görə, lakin təkcə ağ çörəyi günahlandırmaq düzgün deyil. Çünki gündəlik rasionda yer alan və çox vaxt təhlükəsiz sayılan bəzi məhsullar, əslində, ağ çörəkdən daha zərərli təsir göstərə bilər.

Mütəxəssislər uzunmüddətli istehlak zamanı orqanizmə ciddi zərər verən üç qidanı xüsusilə vurğulayır və bu məhsullardan uzaq durmağı tövsiyə edirlər. Həm arıqlamaq istəyənlər, həm də sağlam qidalanmaq arzusunda olanlar üçün bu xəbərdarlıq önəmlidir.

1. Şirin xəmirlər

Tərkibində həm yüksək miqdarda şəkər, həm də doymuş yağlar olan bu məhsullar qidalandırıcı dəyər baxımından olduqca zəifdir. Onlar orqanizmdə insulin səviyyəsini sürətlə artıraraq həm çəki artımına, həm də maddələr mübadiləsində pozuntulara səbəb ola bilər.

2. Konservləşdirilmiş qidalar və mürəbbələr

Meyvədən hazırlanmasına baxmayaraq, mürəbbələr və digər konservləşdirilmiş məhsullar yüksək şəkər tərkibli olur. Bu məhsullar xüsusilə şəkər metabolizması pozulmuş şəxslər üçün təhlükəlidir.

3. Meyvəli və şirin qatıqlar

Bu növ yoqurtlar fruktoza ilə zəngin olur və aclıq hissini daha da artırır. Kalori baxımından yüksək olmasalar da, iştahanı artıraraq pəhriz rejimini pozur və artıq enerji qəbuluna səbəb olur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun