Diyetoloq Elena Solomatina bildirib ki, 50 yaşdan sonra düzgün pəhriz həm orqanizmi cavan saxlayır, həm də xroniki xəstəliklərin riskini azaldır.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu yaşda dəniz məhsulları, balıq, fermentləşdirilmiş süd məhsulları, dənli bitkilər, yulaf, bərk buğda makaronları, taxıl çörəyi və vitamin kompleksləri pəhrizə mütləq əlavə olunmalıdır.
Yeməkləri təzə meyvə, tərəvəz və göyərti ilə zənginləşdirmək də vacibdir. Lakin lifdən sui-istifadə etmək olmaz, çünki həddindən artıq istifadə mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Həkim həmçinin 2-ci tip diabet riskini azaltmaq üçün qənnadı məmulatları, şirniyyatlar, şəkərli içkilər, çoxlu ət və zərərli yağlı qidaların məhdudlaşdırılmasını tövsiyə edib.
Tərcümə: Könül Oruc