Sağlamlıq
5 ədədi qəbizliyə son qoyur:
Sağlamlıq
679

5 ədədi qəbizliyə son qoyur: bağırsaqların işini sürətləndirir

Qəbizlik gündəlik həyatı çətinləşdirən, lakin çox zaman səssiz qarşılanan sağlamlıq problemidir. Bir çox insan dərmanlardan uzaq duraraq təbii yollarla rahatlanmaq istəyir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirir ki, bəzi qoz-fındıq növləri – xüsusilə badam – bu işdə son dərəcə effektivdir. Üstəlik, cəmi 5 ədəd badam belə bağırsaqları “reaktiv mühərrik” kimi işlətməyə kömək edir.

1. Maqnezium dəstəyi – əzələləri oyadır

Badamın tərkibindəki maqnezium bağırsaq əzələlərinin aktivləşməsinə kömək edir. Diyetoloq Amy Pendleton Kay izah edir ki, bu mineral həzm sisteminə ritmini tapmaqda və bağırsaq hərəkətlərini stimullaşdırmaqda mühüm rol oynayır.

2. Liflə zəngin – bağırsaqlar üçün yanacaq

Badam həm həll olunan, həm də həll olunmayan liflərlə zəngindir. Bu liflər defekasiya prosesini asanlaşdırır və bağırsaq fəaliyyətini normallaşdırır. Xroniki qəbizliklə mübarizədə isə xüsusilə faydalıdır.

3. Sağlam yağlar – təbii “itələmə gücü”

Badamda olan sağlam yağlar bağırsaq divarlarının daralmasını artırır və nəcisin çıxışını asanlaşdırır. Diyetoloq Annette Snyder bildirir ki, bu yağlar bağırsaq hərəkətlərini sürətləndirir və həzmi dəstəkləyir.

Dərmanlara əl atmadan, gündəlik qidalanmanıza az miqdarda badam əlavə etməklə qəbizlik probleminin qarşısını almaq mümkündür. Ancaq hər hansı əlavə sağlamlıq probleminiz varsa, həkimlə məsləhətləşmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Taglər

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun