Xəbərlər
202 nömrəli uşaq bağçasında
Xəbərlər
165

202 nömrəli uşaq bağçasında ciddi nöqsanlar aşkar edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 202 nömrəli körpələr evi-uşaq bağçasında monitorinq aparıb.

E-saglam.az xəbər verir ki, İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, monitorinq zamanı müəssisədə bir sıra ciddi nöqsanlar aşkar edilib.

"Müəyyən edilmiş nöqsanlara əsasən, bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır", - məlumatda bildirilir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun