Uzunömürlülük üzrə mütəxəssis Dan Buettner bildirib ki, lobya və digər paxlalı bitkilər uzun ömür yaşayan insanların qidalanmasında əsas yer tutur. Onun sözlərinə görə, bu qidalar “mavi zonalar” adlanan uzunömürlü insanların yaşadığı bölgələrdə xüsusilə geniş istifadə olunur.
E-saglam.az xəbər verir ki, mütəxəssis qeyd edir ki, bu bölgələrdə insanlar daha çox sadə, təbii və az emal olunmuş qidalarla qidalanır. Qidalanma modeli isə uzunömürlülüyün əsas faktorlarından biri hesab olunur.
Dan Buettner vurğulayır ki, lobya zülal, lif və kompleks karbohidratlarla zəngindir. Bu da orqanizmdə sabit enerji səviyyəsinin saxlanmasına və ümumi sağlamlığın dəstəklənməsinə kömək edir.
Mütəxəssis əlavə edir ki, uzunömürlü insanların qidalanmasında paxlalıların payı orta göstəricidən bir neçə dəfə çoxdur. O, sağlam həyat tərzi üçün gündəlik rasiona ən azı yarım stəkan paxlalı məhsulların daxil edilməsini tövsiyə edir.
Tərcümə: Könül Oruc