Mətbəximizdə tez-tez istifadə etdiyimiz darçın, zəncəfil, zərdəçal və nanə kimi ədviyyatlar sadəcə yeməyə dad qatmır — eyni zamanda sağlamlığımızı qorumağa da kömək edir.
E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, bu təbii məhsullar qan şəkərini tənzimləməkdən tutmuş, şişkinliyi azaltmağa, yaddaşı gücləndirməyə və ürək-damar sağlamlığını dəstəkləməyə qədər bir çox fayda verir.
Darçın – Qan şəkərini sabit saxlamağa kömək edir. Xüsusilə prediabet və tip 2 diabet xəstələri üçün faydalıdır. "Seylon darçını" daha təhlükəsiz hesab olunur.
Zərdəçal – Güclü antiinflamatuar və antioksidant təsirə malikdir. Qara bibərlə birlikdə qəbul edildikdə təsiri artır.
Zəncəfil – Ürək bulantısını azaldır, yorğunluğa qarşı kömək edir. Xüsusilə kimyaterapiya zamanı faydalı ola bilər.
Nanə – Mentol tərkibi sayəsində bağırsaqları rahatladır, İBS simptomlarını azalda bilər.
Mixək – Diş ağrılarına qarşı təsirlidir, təbii ağrıkəsici kimi işləyir.
Rozmari – Yaddaşı və əhvalı yaxşılaşdırmağa kömək edir.
Mütəxəssislər bu ədviyyatları gündəlik rasiona əlavə etməyin sadə, dadlı və sağlamlıq üçün faydalı olduğunu vurğulayırlar. Hər gün bir az istifadə etmək belə uzunmüddətli təsir göstərə bilər.
Tərcümə: Könül Oruc