Sağlam bədən üçün təkcə nə yediyimiz deyil, bu qidaları necə birləşdirdiyimiz də böyük əhəmiyyət daşıyır.
E-saglam.az xəbər verir ki, Harvard və Stanford universitetlərində təhsil almış gastroenteroloq Dr. Saurabh Sethi, düzgün qida cütləşmələrinin iltihabı azalda biləcəyini bildirir.
Dr. Sethi bildirib: “Sağlamlığın sirri sadəcə doğru qidaları seçməkdə deyil, onları ağıllı şəkildə birləşdirməkdədir. Daha yaxşı cütləşdirin, daha yaxşı udun, daha sağlam yaşayın.”
1. Kakao + qəhvə – zehni aydınlıq və enerjili gün üçün
Səhər qəhvənizə kakao əlavə etməklə həm ləzzətli bir içki əldə edirsiniz, həm də zehni performansınızı artırırsınız. Qəhvədəki kofein ayıqlıq verir, kakaodakı teobromin isə davamlı və sakit enerji ilə dəstəkləyir.
2. Qaragilə + qoz – beyin və ürək üçün ikili güc
Qaragilədəki antioksidantlar koqnitiv zəifləmənin qarşısını alır, qozdakı omeqa-3 yağ turşuları isə beyin hüceyrələrini qoruyur və iltihabı azaldır. Bu kombinə həm beyin, həm də ürək sağlamlığı üçün təsirlidir.
3. Yulaf + qatıq – sağlam bağırsaq mikroflorası üçün
Yulafda olan prebiotiklər, qatıqdakı probiyotiklərlə birləşərək bağırsaq mikrobiotasını gücləndirir. Bu cütlük həm həzm sistemini, həm də immuniteti dəstəkləyir. Mütləq şəkərsiz qatıqdan istifadə tövsiyə olunur.
Tərcümə: Könül Oruc