Məhkəmə eksperti Aleksey Reşetun bildirib ki, enerji içkiləri müntəzəm istehlak edildikdə, xüsusilə yeniyetmələr üçün təhlükəlidir.
E-saglam.az xəbər verir ki, o, "RİA Novosti" agentliyinə müsahibəsində belə içkilərin təhlükəli nəticələrini sadalayıb.
Məhkəmə ekspertinin fikrincə, enerji içkilərinin tərkibində yüksək konsentrasiyada olan kimyəvi maddələr xroniki xəstəliklərə və mövcud xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Reşetun əlavə edib ki, energetik içkilər mədə-bağırsaq traktının nazik və çox həssas selikli qişasına mənfi təsir göstərir. Energetik içkilərin tərkibində olan maddələr, bir qayda olaraq, ürək döyüntüsünü sürətləndirir, ürəyə yükü artırır, deyə ekspert davam edib.
Onlar xüsusilə yeniyetmələr üçün təhlükəlidir, Reşetun əlavə edib. O izah etdi: bəzən yeniyetmələrdə ürək əzələsi insanın yaşı və boyu üçün xarakterik olan müəyyən ölçülərə qədər böyüyür, lakin keçirici sistemin elementləri hələ yoxdur.
"Və bu keçirici sistem artıq sürətlə böyüyən orqanizmin öhdəsindən gəlməkdə çətinlik çəkir və əgər ürək həddindən artıq gərginlik yaşayırsa, o, sadəcə olaraq bunun öhdəsindən gələ bilməz", - mütəxəssis xəbərdarlıq edib.
Reşetun bədənə mənfi təsirini artırmamaq üçün enerji içkilərini kofe və spirtlə birləşdirməməyə də çağırıb.
Tərcümə: Könül Oruc