Tibbi xəbərlər
Ürək fəaliyyətinin zəif olmasının
Tibbi xəbərlər
290

Ürək fəaliyyətinin zəif olmasının 3 əsas əlaməti

25 ildən çox klinik təcrübəyə malik ürək cərrahı Ceremi London ürəyin zəif olduğunun üç mühüm əlamətini açıqlayıb.

E-saglam.az xəbər verir ki, bu barədə "LADBible" məlumat yayıb.

Həkim qeyd edib ki, bu üç əlamətə yeriyərkən təngnəfəslik - nəfəs darlığı hiss etmədən, hətta qısa məsafəni belə rahat şəkildə gedə bilməmək, uzanarkən nəfəs almaqda çətinlik çəkmək, həmçinin ayaqların şişməsi - aşağı ətraflarda mayenin yığılması aiddir. Bu hallar ürəyin zəif işləməsi ilə əlaqəli ola bilər.

Onun sözlərinə görə, bu əlamətlər müxtəlif ürək xəstəliklərinin göstəricisi ola bilər və orqanizmdən gələn həyəcan siqnalı kimi qəbul edilməlidir. Ürəyin funksiyasını qiymətləndirmək üçün həkimlər tez-tez ekokardioqrafiyadan (döş qəfəsi üzərində sensorun yerləşdirilməsi ilə aparılan ultrasəs müayinəsi) istifadə edirlər. Bu üsul buraxma fraksiyasını - ürək hər dəfə sıxıldıqda çıxardığı qanın faizini ölçmək üçün tətbiq edilir.

Həkim izah edib ki, normada buraxma fraksiyası 65%-dən 70%-ə qədərdir. Bu göstərici əhəmiyyətli dərəcədə azalarsa, bu, ürək çatışmazlığının inkişafının və ya ürək əzələsinin zəifləməsinin göstəricisi ola bilər.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun