Qidalanma
Qazlı su kimlərə qəti şəkildə
Qidalanma
227

Qazlı su kimlərə qəti şəkildə olmaz?

Qazlı su bəziləri üçün zərərsiz olsa da, bəzi problemi olanlara uyğun deyil.

E-saglam.az xəbər verir ki, bu kimi narahatlıqlarınız varsa, sakit, qazsız və mineralsız təmiz su ən yaxşı seçimdir.

Bəs qazlı su kimlərə qəti şəkildə olmaz?

1. Mədə turşuluğu (reflü, qastrit, mədə xorası) olanlara

Qazlı içkilər mədənin turşuluğunu artırır. Bu isə yanma, ağrı, gəyirmə və turşulu qayıtma simptomlarını gücləndirə bilər. Qastrit və reflü xəstələri üçün qazlı su qəti şəkildə məsləhət deyil.

2. Şişkinlik və qaz problemi yaşayanlara

Qazlı içkilər bağırsaqlarda qaz yığılmasına və şişkinlik, sancı, köp kimi narahatlıqlara səbəb olur. İBS (qıcıqlanmış bağırsaq sindromu) olanlar üçün vəziyyəti daha da ağırlaşdıra bilər.

3. Astma və tənəffüs problemi olanlara

Bəzən mədədə qaz toplanması diafraqmaya (ağciyərləri ayıran əzələ) təzyiq edir, bu da nəfəs darlığına səbəb ola bilər. Astma xəstələrində bu, əlavə diskomfort yarada bilər.

4. Osteoporoz (sümük əriməsi) riski olanlara

Çox miqdarda qazlı içkilərin istehlakı kalsiumun sorulmasına mənfi təsir edə bilər. Qadınlarda və yaşlılarda sümük sıxlığını azalda bilər. Xüsusilə şirin qazlı içkilər bu baxımdan zərərlidir.

5. Hipertoniya və ürək xəstələri üçün

Bəzi qazlı sular (xüsusilə natriumla zəngin olanlar) qan təzyiqini artırır. Yüksək təzyiqdən əziyyət çəkənlər tərkibində natrium az olan və ya duzsuz suları seçməlidirlər.

6. Uşaqlar və hamilə qadınlara

Qazlı içkilərin çoxu kofein, şəkər və əlavə kimyəvi maddələr ehtiva edir. Uşaqlarda diş çürüməsi, hiperaktivlik, hamilə qadınlarda isə həzmsizlik və şişkinlik kimi təsirlər yarada bilər. Qazlı su belə olsa, müntəzəm istifadə tövsiyə olunmur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun