Psixologiya
Uşağın hər şeyə yox deməsi, aqresiv davranışlar sərgiləməsi, tərslik etməsi normaldırmı? - AÇIQLAMA
Psixologiya

Uşağın hər şeyə yox deməsi, aqresiv davranışlar sərgiləməsi, tərslik etməsi normaldırmı? - AÇIQLAMA

Körpəlik dönəmindən uşaqlıq dönəminə ilk addımların atıldığı 1,5 ilə 3 yaş arasında görülən 2 yaş sindromu bütün sağlam uşaqlarda olması gözlənən psixoloji inkişafın bir parçasıdır.

Bu sözləri E-saglam.az-a açıqlamasında klinik psixoloq Ülkər Bağırzadə deyib.

Onun sözlərinər görə, hələ dil inkişafı, ünsiyyət bacarıqları tam inkişaf etməmiş olan uşaqların bu dönəmdə inadkarlıq, sinir krizləri, aqresiv davranışlar, tərslik, hərşeyi özü etmək istəyi, hərşeyə yox demək, qışqırma, istədiyini əldə edənə qədər ağlamaq kimi davranışları ortaya çıxır: "Ana-atanın kontrolundan çıxıb öz mənliyini isbat etməyə çalışan uşaqlar bu dönəmdə özlərini bütün dünyaya sübut etmə çabasında olurlar".

Psixoloq deyib ki, uşaqların aqresiv və inadkar davranışları ilə qarşılaşan valideynlər uşağın ərkəsöyünləşdiyini yada gərəksiz kaprizlər etdiyini düşünərək əsəbləşə bilirlər: "Və bu zaman uşaq getdikcə daha çox valideynə tərslik göstərir. Bu durum valideynlərə heç keçmiyəcək bir müddət kimi ya da uşağın xarakterinin bir parçası kimi gəlsədə tamamilə keçici bir dönəmdir".

Ü.Bağırzadə bildirib ki, mənlik şüurunun təməlinin yavaş-yavaş formalaşmağa başladığı bu dönəmdə, özünün ayrı bir fərd olduğunun fərqinə varan uşaq varlığını bütün çevrəsinə sübut etməyə çalışır. 2 yaş dönəmində sağlam bir şəkildə inkişaf edən uşağın hər şeyə yox deməsi, aqresiv davranışlar sərgiləməsi, tərslik etməsi son dərəcə normal bir vəziyyətdir".

Psixoloq qeyd edib ki, 2 yaş sindromu uşaq 2 yaşına girəndə başlayan və 3 yaş , 3 yaş yarıma qədər davam edən bir durumdur: "Uşaq artıq 4 yaşına gəldikdə isə, özünü ifadə etmək, valideynlərinin ya da ətrafdakıların dediklərini qavramaq, onun üçün bəlirlənmiş qaydaları anlamaq və onlara əməl etmək üçün yetərli dil və motor bacarıqlarına sahib olur".

Könül Oruc

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun