Psixologiya
Unutqanlıq yüksək intellektin əlamətidir
Psixologiya

Unutqanlıq yüksək intellektin əlamətidir - Araşdırma

Unutqanlıq yüksək intellektin əlamətidir.

E-saglam.az xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Toronto Universiteti tərəfindən araşdırma aparılıb.

Araşdırmaya görə, unutqanlığın yüksək intellektin əlaməti ola biləcəyi ortaya çıxıb. Bəs unutqanlıq nə vaxt təhlükəlidir? Beyin köhnə olan hər şeyi unudur və bununla da yeni məlumatlara yer ayırır. Universitetin professoru Blake Richland tərəfindən nəşr olunan araşdırmaya görə, güclü yaddaşa sahib olmaq son dərəcə şişirdilmiş bir iddiadır və unutqanlığın filmlərdə əks olunduğu kimi zehni gerilik və ya Alzheimer ilə heç bir əlaqəsi yoxdur. Unutqanlıq zəkaya fayda verə bilər.

Araşdırmanın nəticələri göstərir ki, yaxşı yaddaşı olan insanlar lazımsız detalları xatırlamaya bilərlər. Məsələn, həftələr əvvəl getdiyiniz bir restoranda yediyiniz yeməyin adını və ya ora getdiyiniz zaman nə geyindiyinizi unutmusunuzsa, bunun səbəbi beyninizin bu məlumatı lazımsız hesab etməsidir. Tədqiqat iddia edir ki, təfərrüatları unutmaq sağlam yaddaş sisteminin tam və nəzərdə tutulduğu kimi işləməsinin əlamətidir. / AZƏRTAC

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun