Psixologiya
Tükənmişlik sindromu yaşayırsınız? -
Psixologiya

Tükənmişlik sindromu yaşayırsınız? - 10 sualla özünüzü test edin

E-saglam.az xəbər verir ki, tükənmişlik sindromu, insanın iş və ya şəxsi həyatında uzun müddətli stress nəticəsində fiziki, emosional və zehni tükənmə vəziyyətidir. Bu sindrom, insanın fəaliyyətlərindən aldığı zövqü və uğur hissini azaldır, özünü dəyərsiz və uğursuz hiss etməsinə səbəb olur.

Tükənmişlik sindromunun qarşısını almaq üçün tədbirlər:

İş yükünüzü və öhdəliklərinizi bölüşün, fasilələr verin.

Zövq aldığınız fəaliyyətlərə davam edin və yenilərini kəşf edin.

Ailənizlə və yaxınlarınızla daha çox vaxt keçirin, sosial əlaqələri artırın.

İş saatlarından kənarda diqqətinizi işdən ayırın.

Stress yükünüz artdıqda və ya emosional sıxıntı yaşadığınızda kömək istəməkdən çəkinməyin.

Sağlam qidalanma və yuxu rejimi yaradın; gecə 6-8 saat yatmağa çalışın.

Həftədə 3-4 gün idman etməyə çalışın.

Siqaret və spirtli içkilərdən uzaq durun.

Lazım gələrsə, problemləriniz kəskinləşməmiş psixoloji dəstək alın.

Əgər bu əlamətləri özünüzdə müşahidə edirsinizsə, bir tibb işçisinə müraciət etmək vacibdir. Erkən diaqnoz və müalicə sindromun daha da pisləşməsinin qarşısını ala və daha tez sağalmağınıza kömək edə bilər.

10 sualdan ibarət "Tükənmişlik" testi

Psixiatr Dr. Nagihan Günal, hazırladığı 10 suallıq testə 5 və ya daha çox “hə” cavabı versəniz, bunun tükənmişlik sindromu yaşadığınızı ifadə etdiyini bildirib.

1. Özünüzü qapalı hiss edirsiniz?

2. Özünüzü çarəsiz hiss edirsiniz?

3. Kədərli və ya depressiya hiss edirsiniz?

4. Ümidsizlik hiss edirsiniz?

5. Cansıxıcı hiss edirsiniz?

6. Özünüzü dəyərsiz və uğursuz bir insan kimi hiss edirsiniz?

7. İnsanlardan məyus olursunuz?

8. Fiziki olaraq pis hiss edirsiniz?

9. Yorğun hiss edirsən?

10. Yuxuda çətinlik çəkirsiniz?

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun